XƏBƏRLƏR

17.07.2019 14:07
DİM-dən “Abituriyent” jurnalının satış qiyməti ilə bağlı iradlara CAVAB

Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar nəşr edib.

“Abituriyent” jurnalının xüsusi buraxılışı olan kitabçada I və IV ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar təqdim olunub.

Sosial şəbəkələrdə bəzi istifadəçilər “Abituriyent”jurnalının satış qiymətinin yüksək olmasına dair bəzi iradlar bildiriblər.

Mövzuyla bağlı Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, “Abituriyent" jurnalı büdcədən maliyyələşən bir qurum deyil.

Məlumatda qeyd olunur ki, jurnal təsərrüfat hesablı bir təşkilatdır. Ona görə də "Abituriyent" jurnalının və xüsusi buraxılışlarının hər bir nəşri hazırlanan zaman kalkulyasiya edilir, onun satış qiyməti bu parametrlərə əsasən formalaşır:

Mətbəə xərci;

Satış agentlərinə (topdan satış yolu ilə nəşrləri alan kitab mağazaları və şəxslərə) edilməsi nəzərdə tutulan güzəştlər;

Müəlifflərə veriləcək qonarar;

Redaksiya əməkdaşlarının əmək haqqı və s. xərclər.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu