Azedu.az

4 ildə ali məktəbə qəbul olanların sayı 7 min artıb - STATİSTİKA

Qəbul imtahanları

Dövlət İmtahan Mərkəzi

26 Avqust 2026, 11:02
4 ildə ali məktəbə qəbul olanların sayı 7 min artıb - STATİSTİKA

Dövlət İmtahan Mərkəzinin açıqladığı statistikaya əsasən, son dörd ildə 2023-2026-cı illərdə Azərbaycan ali təhsil müəssisələrinə qəbul olunanların sayında artım müşahidə edilib.

AzEdu.az son dörd ildə 2023-2026-cı illərdə Azərbaycan ali təhsil müəssisələrinə qəbul olunanların sayı ilə bağlı araşdırma yazısı hazırlayıb.

2023-cü il üzrə 51 941 nəfər qəbul olunub

2023-cü ildə I-V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə ümumilikdə 51 941 nəfər qəbul olunub.
Onlardan 27 347 nəfər ödənişli, 24 594 nəfər isə dövlət sifarişi əsasında ali təhsil almaq hüququ qazanıb. Qəbul olunanların 6592 nəfəri subbakalavr olub.

İxtisas qrupları üzrə göstəricilərə nəzər saldıqda ən çox qəbul I qrup üzrə qeydə alınıb.

I ixtisas qrupu üzrə ümumilikdə 16 633 nəfər qəbul olunub. Onlardan 4854 nəfər ödənişli, 11 779 nəfər dövlət sifarişi əsasında təhsil almaq hüququ qazanıb. Qəbul olunanlar arasında 2731 subbakalavr olub.

II ixtisas qrupu üzrə 12 928 nəfər qəbul olunub. Bu qrupda 8615 nəfər ödənişli, 4313 nəfər dövlət sifarişi əsasında qəbul edilib. Subbakalavrların sayı 2985 nəfər olub.

III ixtisas qrupu üzrə qəbul olunanların sayı 14 893 nəfər təşkil edib. Onlardan 10 699 nəfər ödənişli, 4194 nəfər dövlət sifarişi əsasında qəbul olunub. Subbakalavrların sayı 405 nəfər olub.

IV ixtisas qrupu üzrə 3866 nəfər qəbul olunub. 971 nəfər ödənişli, 2895 nəfər dövlət sifarişi əsasında təhsil almaq hüququ qazanıb. Bu qrupda 405 subbakalavr qəbul olunub.

V ixtisas qrupu üzrə isə 3621 nəfər qəbul olunub. Onlardan 2208 nəfər ödənişli, 1413 nəfər dövlət sifarişi əsasında qəbul edilib. Subbakalavrların sayı 66 nəfər olub. Beləliklə, 2023-cü ildə ən çox qəbul I qrupda, ən az qəbul isə IV qrupda qeydə alınıb.

2024-cü il üzrə qəbul olunanların sayı 55 656 nəfərə yüksəlib

2024-cü ildə ali məktəblərə qəbul olunanların ümumi sayı əvvəlki illə müqayisədə artaraq 55 656 nəfər olub.
Onlardan 28 539 nəfər ödənişli, 27 117 nəfər dövlət sifarişi əsasında qəbul olunub. Qəbul olunanlar arasında 7287 subbakalavr yer alıb.

2024-cü ildə də ən yüksək qəbul göstəricisi I ixtisas qrupunda olub

I qrup üzrə 18 360 nəfər qəbul olunub. Onlardan 4660 nəfər ödənişli, 13 700 nəfər dövlət sifarişi əsasında qəbul edilib. Subbakalavrların sayı 3053 nəfər olub.

II qrup üzrə 14 163 nəfər ali məktəbə qəbul olunub. Bu şəxslərdən 9755 nəfər ödənişli, 4408 nəfər dövlət sifarişi əsasında təhsil alacaq. Qəbul olunan subbakalavrların sayı 3549 nəfər olub.

III qrup üzrə qəbul olunanların sayı 14 869 nəfər təşkil edib. Onlardan 10 498 nəfər ödənişli, 4371 nəfər dövlət sifarişi əsasında qəbul olunub. Bu qrupda 56 subbakalavr yer alıb.

IV qrup üzrə 4150 nəfər qəbul olunub. 1061 nəfər ödənişli, 3089 nəfər dövlət sifarişi əsasında qəbul edilib. Qəbul olunan subbakalavrların sayı 536 nəfər olub.

V qrup üzrə isə 4114 nəfər qəbul olunub. Onlardan 2565 nəfər ödənişli, 1549 nəfər dövlət sifarişi əsasında qəbul edilib. Bu qrupda 93 subbakalavr qəbul olunub.

2023-cü illə müqayisədə 2024-cü ildə ali məktəblərə qəbul olunanların ümumi sayı 3715 nəfər artıb.

2025-ci il üzrə qəbul sayı 57 236 nəfərə çatıb

2025-ci ildə ali təhsil müəssisələrinə qəbul olunanların sayı daha da artaraq 57 236 nəfər təşkil edib. Onlardan 29 280 nəfər ödənişli, 27 956 nəfər isə dövlət sifarişi əsasında qəbul olunub. Ümumilikdə 6461 subbakalavr ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. 2025-ci ildə ən çox qəbul yenə I ixtisas qrupu üzrə qeydə alınıb.

I qrup üzrə 18 432 nəfər qəbul olunub. Onlardan 4128 nəfər ödənişli, 14 304 nəfər dövlət sifarişi əsasında qəbul edilib. Qəbul olunan subbakalavrların sayı 2842 nəfər olub.

II qrup üzrə 14 542 nəfər qəbul olunub. 10 314 nəfər ödənişli, 4228 nəfər dövlət sifarişi əsasında qəbul edilib. Subbakalavrların sayı 3079 nəfər təşkil edib.

III qrup üzrə 15 340 nəfər qəbul olunub. Bu qrupda 10 926 nəfər ödənişli, 4414 nəfər dövlət sifarişi əsasında təhsil almaq hüququ qazanıb. 2025-ci ildə III qrup üzrə subbakalavr qəbulunun olmadığı göstərilir.

IV qrup üzrə qəbul olunanların sayı 4507 nəfər olub. Onlardan 1032 nəfər ödənişli, 3475 nəfər dövlət sifarişi əsasında qəbul edilib. Subbakalavrların sayı 461 nəfər olub.

V qrup üzrə isə 4415 nəfər qəbul olunub. 2880 nəfər ödənişli, 1535 nəfər dövlət sifarişi əsasında qəbul edilib. Bu qrupda 79 subbakalavr yer alıb.

Beləliklə, 2024-cü illə müqayisədə 2025-ci ildə qəbul olunanların sayı 1580 nəfər artıb.

Bu il qəbul olunanların sayı 58 947 nəfər olub

Bu ildə I-V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunanların ümumi sayı 58 947 nəfər təşkil edib.
Onlardan 30 522 nəfər ödənişli, 28 108 nəfər dövlət sifarişi əsasında, 317 nəfər isə dövlət hesabına qəbul olunub. 2026-cı ildə qəbul olunanlar arasında ümumilikdə 4215 subbakalavr olub.

Ən yüksək qəbul göstəricisi əvvəlki illərdə olduğu kimi I ixtisas qrupunda qeydə alınıb.

I ixtisas qrupu üzrə 19 177 nəfər qəbul olunub. Onlardan 4309 nəfər ödənişli, 14 689 nəfər dövlət sifarişi əsasında, 179 nəfər isə dövlət hesabına qəbul edilib. Bu qrup üzrə qəbul olunan subbakalavrların sayı 1197 nəfər olub.

II ixtisas qrupu üzrə 15 524 nəfər qəbul olunub. 11 301 nəfər ödənişli, 4223 nəfər dövlət sifarişi əsasında təhsil almaq hüququ qazanıb. Subbakalavrların sayı 2319 nəfər olub. Bu qrup üzrə dövlət hesabına qəbul qeydə alınmayıb.

III ixtisas qrupu üzrə 15 332 nəfər qəbul olunub. Onlardan 11 030 nəfər ödənişli, 4224 nəfər dövlət sifarişi əsasında, 78 nəfər isə dövlət hesabına qəbul edilib. Bu qrup üzrə subbakalavr qəbulunun olmadığı göstərilir.

IV ixtisas qrupu üzrə qəbul olunanların sayı 4621 nəfər olub. Onlardan 1064 nəfər ödənişli, 3497 nəfər dövlət sifarişi əsasında, 60 nəfər isə dövlət hesabına qəbul edilib. Qəbul olunan subbakalavrların ümumi sayı 627 nəfər təşkil edib.

V ixtisas qrupu üzrə isə 4293 nəfər qəbul olunub. 2818 nəfər ödənişli, 1475 nəfər dövlət sifarişi əsasında qəbul edilib. Bu qrup üzrə dövlət hesabına qəbul olmayıb, subbakalavrların sayı isə 72 nəfər olub.Dörd ildə qəbul sayı 7006 nəfər artıb.

Ümumilikdə statistikaya əsasən, 2023-cü ildən 2026-cı ilədək ali məktəblərə qəbul olunanların sayı 51 941 nəfərdən 58 947 nəfərə yüksəlib. Bu isə dörd il ərzində 7006 nəfərlik artım deməkdir.

İllər üzrə göstəricilər:

2023: 51 941 nəfər;

2024: 55 656 nəfər;

2025: 57 236 nəfər;

2026: 58 947 nəfər

Eyni zamanda ödənişli əsaslarla qəbul olunanların sayı 2023-cü ildəki 27 347 nəfərdən 2026-cı ildə 30 522 nəfərə, dövlət sifarişi əsasında qəbul olunanların sayı isə 24 594 nəfərdən 28 108 nəfərə yüksəlib.
Dörd il ərzində ən yüksək qəbul göstəricisi bütün illərdə I ixtisas qrupu üzrə qeydə alınıb. 2026-cı ildə bu qrup üzrə qəbul olunanların sayı 19 177 nəfər olmaqla son dörd ilin ən yüksək göstəricisinə çatıb. Ən aşağı qəbul sayı isə bütün dövr ərzində IV ixtisas qrupunda qeydə alınıb. 2023-cü ildə 3866, 2024-cü ildə 4150, 2025-ci ildə 4507, 2026-cı ildə isə 4621 nəfər olub.

Qeyd edək ki, təqdim olunan rəqəmlər 2023-2026 qəbulun ilkin nəticələrini əks etdirir. Statistik göstəricilər boş qalan plan yerləri üzrə nəticələr açıqlanmadan əvvəlki vəziyyətə əsaslanır. Boş qalan yerlərə qəbulun nəticələri elan edildikdən sonra ümumi qəbul sayı və digər statistik göstəricilərdə dəyişiklik ola bilər.

Ukraynadan Rusiyaya dəhşətli hücum - 400-dən çox dron...
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox