Azedu.az

Bu universitetə qəbulda YENİLİK

Universitetlər

15 Aprel 2025, 17:02
Bu universitetə qəbulda YENİLİK

Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti cari ilin 03 mart - 30 may tarixlərində Heydər  Əliyev adına Hərbi İnstitut, Hərbi Tibb Fakültəsi, Bakı və Naxçıvan Hərbi Kollecləri, Heydər  Əliyev adına və Cəmşid Naxçıvanski adına Hərbi Liseylərə elektron sənəd qəbulu elan edir.

AzEdu xəbər verir ki, ilk dəfə olaraq, Milli Müdafiə Universiteti tərəfindən qəbul prosesi elektron qaydada həyata keçirilir. 

Ölkə üzrə əhatəliliyi və fasiləsizliyi təmin edən yeni sistem şəffaflığın, əlçatanlığın və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə yaradılıb.

Azərbaycan Respublikasının vətəndaşları istənilən bölgədən “www.mmu.edu.az” saytının “Təhsil müəssisələrinə qəbul” bölməsindən sənəd qəbulu portallarına keçərək müvafiq portaldakı “Qaydalar və sənəd nümunələri” hissəsindən proseslə bağlı məlumatları əldə edə bilər.

 

Putini dəli edəcək qərar - Rusiya TV-lərinin yayımı dayandırılır
Son xəbərlərDaha çox