Ötən illə müqayisədə I ixtisas qrupu üzrə 1388 dövlət sifarişli plan yeri artırılıb.
AzEdu.az “Abituriyent” jurnalının 4-cü sayına istinadən xəbər verir ki, bu il I ixtisas qrupu üzrə 11500 plan yeri ayrılıb.
2021-ci ildə I ixtisas qrupu üzrə ayrılan dövlət sifarişli plan yerlərinin sayı 10112, 2020-ci ildə isə 9292 olub.
Qeyd edək ki, I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (o cümlədən subbakalavrlar) üçün ixtisas seçimi 16-28 avqust tarixlərində həyata keçiriləcək.