Azedu.az

UNEC-dən unikal addım - Müəllimlər üçün akademik ingilis dili dərsləri keçirir - VİDEO

Universitetlər

Videolar

21 May 2019, 10:56
UNEC-dən unikal addım - Müəllimlər üçün akademik ingilis dili dərsləri keçirir - VİDEO

Azərbaycan Dövlət İqtisad Universiteti professor-müəllim heyətinin tədris, tədqiqat bacarıqlarının təkmilləşdirilməsi üçün British Council ilə “Akademik İngilis dilli yazı” kursları təşkil edir. 

Kursların proqramı professor-müəllim heyətinin ixtisas sahələri üzrə akademik ingilis dilində danışma, yazma, dinləmə və oxuma  bacarıqlarının təkmilləşdiriməsi məqsədi ilə hazırlanıb. 

Təlim nəticəsində müəllimlərin nüfuzlu beynəlxalq jurnallarda məqalələr çap etdirməsi, mübadilə yolu ilə dünya universitetlərinin tədris fəaliyyətlərində iştirak imkanlarının artırılması hədəflənib. 

2019-cu ilin fevral ayından başlanan kurslar iyun ayında yekunlaşacaq. Kursun sonunda isə müəllimlərin ingilis dili səviyyəsinin yoxlanılması məqsədi ilə yenidən APTİS imtahanı təşkil olunacaq.  

Azedu.az “Akademik İngilis dilli yazı” kurslarından videonu təqdim edir:

 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox