Azedu.az

MİQ-dən keçən müəllimlər sertifikatlaşdırmada daha uğurludur

Sertifikasiya

30 İyun 2026, 10:12
MİQ-dən keçən müəllimlər sertifikatlaşdırmada daha uğurludur

"MİQ imtahanından keçən müəllimlərin sertifikatlaşdırma nəticələri daha yüksəkdir".

AzEdu.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində keçirilən “Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

Nazir mərkəzləşdirilmiş qaydada müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsindən keçərək təhsil müəssisələrinə qəbul olunan müəllimlərin sertifikatlaşdırma nəticələrini açıqlayıb.

Onun sözlərinə görə, MİQ imtahanında 30-40 bal toplayaraq işə qəbul olunan 7 960 müəllim sertifikatlaşdırmada orta hesabla 48 bal, 41-50 bal toplayan 9 886 müəllim orta hesabla 51 bal, 51-60 bal nəticə göstərən 5 531 müəllim isə sertifikatlaşdırmada orta hesabla 52 bal toplayıb.

Emin Əmrullayev bildirib ki, ümumilikdə 23 377 mərkəzləşdirilmiş qaydada işə qəbul olunan müəllimin sertifikatlaşdırma üzrə orta göstəricisi 51 bal təşkil edib.

Nazirin sözlərinə görə, müqayisələr göstərir ki, MİQ imtahanından keçərək işə qəbul olunan müəllimlərin sertifikatlaşdırma üzrə orta nəticəsi 51 bal olduğu halda, MİQ-də iştirak etməyən müəllimlər üzrə bu göstərici 42 bal olub.

Emin Əmrullayev vurğulayıb ki, əvvəlki illərdə MİQ imtahanında iştirak edərək 30 və daha yüksək bal toplamış müəllimlərin 99 faizi sertifikatlaşdırmadan uğurla keçib. Həmçinin həmin müəllimlərin 62 faizi sertifikatlaşdırma imtahanında 51 və daha yüksək bal toplayaraq ən yüksək əməkhaqqı artımı kateqoriyasına daxil olublar.

TƏCİLİ! İranda ATIŞMA - Təbrizdə xalq ayağa qalxdı, Ö*LƏNLƏR VAR
Son xəbərlərDaha çox