Azedu.az

“Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində keçirilən qısamüddətli təlimlər davam edir

Elm və Təhsil Nazirliyi

Peşə Təhsili

12 Mart 2025, 17:48
“Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində keçirilən qısamüddətli təlimlər davam edir

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən Bakıda və regionlarda yerləşən peşə təhsili müəssisələrində qısamüddətli təlimlər davam edir. Təlimlərin əsas məqsədi Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə qayıdan əhalinin kvalifikasiyalarının artırılması yolu ilə davamlı məşğulluğunun təmin edilməsidir.

AzEdu.az xəbər verir ki, müvafiq sahələr üzrə yeni bilik və bacarıqlara yiyələnmək istəyən məcburi köçkünlər portal.edu.az platforması vasitəsilə qeydiyyatdan keçərək iştirak edə bilərlər.

Ümumilikdə 8 peşə təhsili müəssisəsində 42 ixtisas üzrə keçirilən qısamüddətli təlimlərə bu günədək 531 müdavim cəlb edilib. Qısamüddətli təlimlər Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Kürdəmir Peşə Liseyi, Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi, Mingəçevir Peşə Məktəbi, Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Bərdə Dövlət Peşə Təhsil Mərkəzi, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində keçirilir. Təlimlər bərbər-vizajist-manikürçü; qənnadçı-şirniyyatçı; elektrik avadanlıqlarının xidmət və təmiri üzrə elektrik montyoru; aşpaz; arıçı; bərbər; dərzi; təmirçi-çilingər; qrafik dizayner; əl elektrik qaynaqçısı; kabel xətlərinin quraşdırılması və təmiri üzrə elektrik montyoru; baytar köməkçisi; aqronom/texnik; isitmə-soyutma, havalandırma sistemləri üzrə montajçı; kompüter və şəbəkələrə xidmət/yardım masası (HelpDesk) mütəxəssisi; rəqəmsal media və marketinq; barmen; mehmanxana qeydiyyatçısı; ofisiant və satış təmsilçisi ixtisasları üzrə keçirilir. Növbəti mərhələlərdə alternativ enerji qurğu və avadanlıqlarının istismarı; avtomobil diaqnostikası və təmiri ustası; bərpa olunan enerji avadanlıqlarının quraşdırıcısı; elektrik-qaz qaynaqçısı; frezerçi; geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər; isitmə-soyutma, havalandırma sistemləri və avadanlıqları üzrə montajçı; kənd təsərrüfatı maşın və avadanlıqlarının təmiri üzrə çilingər; kibertəhlükəsizlik üzrə mütəxəssis; mühasib; mühafizəçi; kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı; mebel ustası; mobil telefonların təmiri ustası; proqramla idarə olunan dəzgahların operatoru; qazanxana maşinisti; rəqəmli idarə olunan dəzgahların kompüter operatoru (CAD/CAM/ CAE), tornaçı; xalçaçı, xalça məmulatlarının bərpası; bağban dekorator; logistika operatoru və masajist ixtisasları üzrə qısamüddətli təlimlərin keçirilməsi təklif edilir.

Təlim istiqamətləri əmək bazarının dəyişən ehtiyaclarına uyğun olaraq müəyyən edilir və müvafiq sahə üzrə texniki biliklərə sahib olan, həmçinin təlimçilik sahəsində kifayət qədər təcrübəsi olan şəxslər tərəfindən keçirilir.

Təlimləri uğurla başa vuran şəxslərə əmək fəaliyyətinə başlamağa imkan verən dövlət nümunəli sertifikat təqdim edilir.

Ukrayna ordusu geri çəkildi: Bu şəhərdə Rusiya bayrağı qaldırıldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox