Azedu.az

200 müəllim mübadilə proqramlarına cəlb ediləcək

Peşə Təhsili

24 Yanvar 2025, 10:51
200 müəllim mübadilə proqramlarına cəlb ediləcək

Bu il təxminən 200 müəllimin beynəlxalq mübadilə proqramlarında iştirak etməsi planlaşdırılır.

AzEdu.az xəbər verir ki, bunu bu gün "Peşə təhsilverəni: Yeni çağırışlar və perspektivlər" mövzusunda keçirilən konfransda Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib.

O bildirib ki, son illərdə biz yüzlərlə müəllim üçün yerli və beynəlxalq təlimlərin təşkilinə dair bir çox təşəbbüslər həyata keçirilib.

"Müəllimlərin təlimlərə cəlb edilməsi bizim əsas prioritetlərimizdən biridir. Xüsusilə, bu il təxminən 200 müəllimimizin beynəlxalq mübadilə proqramlarında iştirak etməsi planlaşdırılır. Bu bizim üçün çox vacibdir, çünki təhsilin keyfiyyətindən danışırıqsa, burada əsas aparıcı qüvvə məhz təhsilverənlərimizdir”.

Rusiyadan Bakıya hücum - Bunu da etdilər!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox