Martın 9-da gecə saatlarında Sumqayıt şəhərində intihar hadisəsi baş verib.
AzEdu.az xəbər verir ki, hadisə saat 02 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən “Kristal Abşeron” yaşayış kompleksində qeydə alınıb.
Belə ki, 2008-ci il təvəllüdlü Corat qəsəbə sakini Qadir Məmmədov binanın 15-ci mərtəbəsindəki eyvandan özünü atıb.
Q.Məmmədov hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Mərhumun qohumu Oxu.az-a açıqlamasında Qadirin idmanla məşğul olduğunu və hadisə vaxtı yanında başqa şəxslərin olduğunu deyib. O bildirib ki, hadisənin şantajla əlaqədar olması ehtimal edilir: “Qadir özünü atmamışdan əvvəl anasına zəng edərək halallaşıb”.