Azedu.az

"Elm ümumbəşəri və milli sərvətdir"

Müəllimlər və elm adamları

27 Mart 2025, 15:04
"Elm ümumbəşəri və milli sərvətdir"

Elm insan zəkasının işığı, cəmiyyətin hərəkətverici qüvvəsi, yeni nəslin formalaşmasında mühüm əhəmiyyətə malik olan ümumbəşəri və milli sərvətdir.

AzEdu.az xəbər verir ki, bu fikri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli söyləyib.

“Alimlərin peşə bayramı olan Elm Günü münasibətilə Azərbaycan elmi ictimaiyyətini, Milli Elmlər Akademiyasının kollektivini ürəkdən təbrik edirəm.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında Sərəncamı rəqəmsal cəmiyyət kimi xarakterizə olunan indiki mərhələdə Azərbaycan elminin qarşısında yeni üfüqlər açır, dövlət səviyyəsində elm adamlarına göstərilən yüksək diqqəti ifadə edir və qarşıda duran məsul vəzifələri müəyyənləşdirir.

Alimlərimizə və elmimizin gənc qüvvələrinə Azərbaycan elminin inkişaf etdirilməsi yollarında yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıram”, - deyə AMEA rəhbəri bildirib.

KRİTİK AÇIQLAMA! Rusiya yeni işğallara başlayır
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox