Azedu.az

Füzulidə peşə məktəbində PUA və dron təmiri ÖYRƏDİLƏCƏK

Məktəblər

15 Aprel 2025, 08:44
Füzulidə peşə məktəbində PUA və dron təmiri ÖYRƏDİLƏCƏK

Qarabağda ümumilikdə 8 peşə məktəbinin inşası nəzərdə tutulub ki, onlardan biri də məhz Füzuli peşə məktəbidir.

 

AzEdu.az İTV-yə istinadən xəbər verir ki, burada 700-dən çox tələbənin təhsil alması nəzərdə tutulur.

 

Füzuli peşə məktəbinin inşasına ötən ilin fevral ayında başlanılıb. Hazırda ümumi işlərin 25% yekunlaşıb.

 

Burada tələbələrin keyfiyyətli təhsili üçün iki korpuslu tədris binası, 3 emalatxana və 100 yerlik yataqxana inşa olunur.

 

Həmçinin tələbələr üçün stadion, idman zalı, meydança və yaşıllıqlar salınacaq.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bildirib ki, burada nəqliyyat, aviasiya sahələrinə aid, eyni zamanda, PUA və dronların təmiri üzrə texnik ixtisasları da yaradılacaq.

Rusiyadan Bakıya hücum - Bunu da etdilər!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox