Azedu.az

Məktəblilərimizin hazırladığı ilk kosmik peyk orbitə buraxılacaq

Məktəblər

11 Aprel 2025, 14:48
Məktəblilərimizin hazırladığı ilk kosmik peyk orbitə buraxılacaq

“Bu il Azərbaycandan olan məktəblilərin hazırladığı ilk kosmik peyk orbitə buraxılacaq”.

AzEdu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu “Azərkosmos”un nəzdində Kosmik Akademiyanın rəhbəri İmran Muxtarov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, peyk “SpaceX” raketi vasitəsilə buraxılacaq: “Layihədə 41 məktəbdən 750 şagird iştirak edib. İlin sonunda “SpaceX”  kosmik raketi ilə peykin kosmosa buraxılması, daha sonra onun idarə edilməsi məktəblilərə kosmos elmi sahəsində yeniliklərin araşdırılması baxımından böyük töhfə vermiş olacaq”.

Paşinyan Azərbaycanın əsas şərtini QƏBUL EDİR
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox