2025-2026-cı tədris ili üzrə Bakı və Sumqayıt şəhərlərində məktəblərin mikroərazi üzrə ünvanları haqda məlumatlar müvafiq təhsil idarələrinin rəsmi internet resurslarında yerləşdirilib.
Bəs valideynlər məktəblərin dislokasiyası ilə necə tanış ola bilərlər?
AzEdu.az “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaydığı məlumatda qeyd edilib ki, 2025-2026-cı tədris ili üzrə Bakı və Sumqayıt şəhərlərində yerləşən məktəblərin birinci sinfinə elektron qeydiyyat prosesinə hazırlıq çərçivəsində məktəblərin dislokasiyası baku.edu.gov.az və sumgayit.edu.gov.az saytlarında vətəndaşlara açıq elan edilib.
Vətəndaşlar müvafiq linklərə (//baku.edu.gov.az/az/page/333, //bit.ly/4gyisR2) daxil olaraq daimi qeydiyyat ünvanının (yeni inşa olunmuş binalarda "Azərişıq” ASC-nin abonent kodu öz adına olan evlərin ünvanının) dislokasiyada olub-olmadığını dəqiqləşdirə bilərlər.
Bu prosesin təşkilinin əsas məqsədi hər bir məktəbin xidməti ərazisinin, yəni məktəbin ərazisində yerləşən yaşayış ünvanlarının dəqiqləşdirilməsidir.
Qeydiyyat ünvanı dislokasiyada olmayan valideynlər müvafiq formanı dolduraraq martın 14-nə kimi Bakı şəhəri üzrə 5, 6 və 7 saylı, Sumqayıt şəhəri üzrə 2 saylı "ASAN xidmət" mərkəzlərinin təhsil xidmətləri bölmələrinə yaxınlaşmalı və ya [email protected], [email protected] elektron poçtuna göndərərək təklif və rəylərini bildirə bilərlər.
Valideynin qeydiyyatda olduğu ünvan dislokasiyada heç bir məktəbin xidməti ərazisinə daxil edilmədikdə və ya düzgün məktəbə aid edilmədikdə "ASAN xidmət" mərkəzlərinə müraciət etmək tövsiyə olunur.