Ötən tədris ilində internat məktəbləri, inteqrasiya təlimli internat tipli gimnaziya və internat tipli gimnaziyalardan IX sinif üzrə 964 nəfər, XI sinif üzrə isə 549 nəfər məzun olub.
Təhsil Nazirliyindən AzEdu.az-a bildiriblər ki, XI sinif üzrə məzunlardan 207-si ali, 48-i orta ixtisas, 23-ü isə peşə təhsili müəssisələrinə qəbul olunub. IX sinif üzrə 964 məzundan 85-i orta ixtisas təhsili müəssisələrinə, 105 nəfər isə peşə məktəblərinə qəbul olunub. Ali məktəbə qəbul olunan şagirdlərdən 2-si yüksək bal toplayaraq Prezident təqaüdünə layiq görülüb.