Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-30 05:44:08
Azərbaycanlı ilk professor qadının anım günüdür

30 mart tibb elmləri doktoru və professor adını alan ilk azərbaycanlı qadın - Adilə Şahtaxtinskayanın vəfat etdiyi gündür.

AzEDU xəbər verir ki, Azərbaycanın sovet mama-ginekoloqu 1894-cü il aprelin 17-də Tiflis şəhərində publisist və kollec müşaviri İsa Sultan Şahtaxtinskinin ailəsində anadan olub.

Şahtaxtinskaya 1930 -cu ildə tibb elmləri doktoru dərəcəsini, 1936 -cı ildə isə professor elmi adını qazanıb, bununla da tibb elmləri doktoru və professor adını alan ilk azərbaycanlı qadın olub.

1933-cü ildən Şahtaxtinskaya Azərbaycan Dövlət Tibb İnstitutunun (hazırda Azərbaycan Tibb Universiteti) mamalıq və ginekologiya kafedrasına başçılıq edib. Adilə Şahtaxtinskaya Azərbaycanda ilk qadın kafedra müdirlərindən biri hesab olunur.

Tədqiqatları, əsasən, qadın gigiyenasına, kəsilib götürülmüş uşaqlığın yumurtalıqlara təsirinə, eklampsiyaya həsr olunub.

Adilə Şahtaxtinskaya 30 mart 1951-ci ildə Tiflisdə vəfat edib. Tiflisin köhnə müsəlman qəbiristanlığında dəfn edilib (indiki botanika bağının ərazisində yerləşən Görkəmli Azərbaycanlılar panteonunda). Onun adı panteonun ərazisində qoyulmuş abidəsində həkk olunub.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları