Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-02 11:32:00
İkinci yarımildə sinfi və məktəbi necə dəyişmək olar? - QAYDALAR

2018-2019-cu tədris ilinin ikinci yarımili artıq başlayır. Bəzən üzrlü səbəblərdən valideynlər uşaqlarının sinfini dəyişmək qərarına gəlirlər. Dərs ili başladıqdan sonra bu qərarı verən valideynlər, adətən, ikinci yarımili gözləyirlər.

AzEdu.az sinfini və ya məktəbini dəyişmək istəyənlər üçün qaydaları təqdim edir:

Uşağı məktəb daxilində sinifdən- sinfə keçirmə zamanı valideyn direktorun adına ərizə yazmalıdır. Burada yerdəyişmə səbəbi göstərilməlidir. Bunda sonra direktor ərizəyə baxır, əgər həmin sinifdə yer olduğu halda uşağı digər sinfə keçirir.

Məktəbdən məktəbə yerdəyişmə zamanı övladını digər məktəbə yerləşdirmək istəyən valideyn həmin məktəbin direktoruna yerdəyişmənin səbəbi göstərilməklə ərizə ilə müraciət etməlidir. Eyni zamanda, əvvəlki məktəbdən şagirdin oxuduğu və ya bitirdiyi sinif haqqında arayışı, yarımillik, ilin sonudursa, illik, ilin ortasıdırsa keçirilmiş kiçik summativ qiymətləndirmə nəticələrini göstərən cədvəl də əlavə olunur. Məktəbin direktoru iki iş günü müddətində şagirdin indiyədək təhsil aldığı məktəbin direktoruna təqdim etmək üçün arayış verir. Şagirdin şəxsi işi həmin arayış əsasında yeni təhsil alacağı məktəbə verilir və hər iki məktəb tərəfindən şagirdin yerdəyişməsi əmrləşdirilir.

Qeyd: Əgər övladınız XI sinif şagirdidirsə, bu zaman mütləq Təhsil Nazirliyinə müraciət edilməlidir. Sənədlərə baxıldıqdan sonra şagirdin məktəbdən - məktəbə yerdəyişməsi ilə bağlı valideynə məktub gəlir və həmin məktuba əsasən məktəb direktoru məktəbdaxili əmr verərək şagirdin yerdəyişməsi rəsmiləşdirilir.