Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-29 13:35:58
Azərbaycan elektron təhsil mühiti ilə bağlı araşdırmalar aparılacaq

Bu il Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda informasiya cəmiyyətinin elmi-nəzəri problemlərinin öyrənilməsi və effektiv metodların işlənməsi üzrə elmi-tədqiqat işləri aparılacaq.

Bunu İnformasiya Texnologiyaları İnstitutunun 10 saylı şöbəsinin 2018-ci il üçün fəaliyyət planının müzakirəsi zamanı bu qurumun şöbə müdiri, dosent Firudin Ağayev deyib.

AzEDU F.Ağayev rəhbərlik etdiyi şöbədə xarici ölkələrdə elektron tədrisin idarə olunması sistemlərinin imkanlarının araşdırılacağını və bu sahədə müqayisəli təhlil aparılacağını bildirib. Qeyd edib ki, müqayisə əsasında tədris müəssisələrinə optimal LMS sisteminin seçilməsi nəzərdə tutulur.

Elektron tədris mühitində adaptiv texnologiyaların tətbiqi məsələlərindən bəhs edən şöbə müdiri cari ildə tədris materiallarının ötürülməsi ardıcıllığının, həll olunan məsələlərin mürəkkəblik səviyyəsini təyin edən adaptiv texnologiyaların araşdırılmasının görüləcək işlər siyahısında olacağını söyləyib. O, adaptiv texnologiyaların istifadəsi ilə tədris materiallarının əldə olunması üçün metod və alqoritmlərin tədqiq ediləcəyini deyib.

Şöbə müdiri bulud texnologiyası əsasında təhsil kontentlərinin formalaşması üzrə görüləcək işlərdən söz açaraq Azərbaycanın elektron təhsil sisteminə bulud servislərin inteqrasiyası problemlərinin həllinə dair təkliflərin hazırlanacağını, elektron təhsilin idarə olunması üçün “Data Mining” imkanlarının tətbiq ediləcəyini bildirib.