Azedu.az

Müəllim olmaq istəyən şəhid ailə üzvlərinin NƏZƏRİNƏ!

MİQ

26 İyul 2025, 11:20
Müəllim olmaq istəyən şəhid ailə üzvlərinin NƏZƏRİNƏ!

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinin vakansiya seçimi mərhələsinə başlanılıb.

AzEdu.az xəbər verir ki, bu barədə İnsan Resusları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, namizədlər şəxsi səhifələrinə daxil olaraq seçim edə bilərlər.

Qeyd edək ki, vakansiya seçimi 27 iyul saat 11:00-dək davam edəcək. Namizədlər vakansiya seçimi zamanı diqqətli olmalı, seçimi yekunlaşdırdıqdan sonra təsdiqləməlidirlər.

Xatırladaq ki, vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

Rusiya ŞOK HÜCUM - Əhali təxliyyə olunur, dağıntılar var
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox