Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-27 04:25:38
Ən yaxşı texnologiya təhsili bu universitetlərdədir - SİYAHI

Dünyanın ən yaxşı texnologiya və mühəndislik universitetləri hansılardır? Hansı universitetlər bu sahə üzrə ən yaxşı təhsili verir? Busuallaracavabtapmaq üçün kiçik araşdırma aparmışıq.

AzEDU.az Technote-yə istinadən xəbər verir ki, texnologiyanın sürətli inkişafı və həyatımızın hər sahəsinə girməsi, bu barədə alınacaq təhsilin zəruriliyini də xeyli artırıb.

Sürətlə inkişaf edən texnologiyaya sadəcə ayaq uydurmaq yox, istiqamət vermək istəyən gənclər bu sahədə ən yaxşı təhsil verən universitetləri hədəfə alır.

ABŞ-ın Kaliforniya ştatında Los-Anceles şəhərinin Pasadena bölgəsində yerləşən Kaliforniya Texniki Universiteti 1892-ci ildə 31 tələbə və 6 nəfərlik müəllim heyəti ilə qurulub. 6 ədəd “Turing”, 34 ədəd “Nobel” və 1 ədəd “Fields” mükafatına sahib olan qurum, bundan başqa NASA-ya aid “Jet Propulsion” laboratoriyasının idarəçiliyini də edir.

Qordon Mur (INTEL şirkətinin qurucusu) kimi bir çox məşhur elm adamı və idarəçi yetişdirən universitet bir tələbəyə düşən şəxsi göstəricilər baxımından uzun müddətdir ki, birinci yeri əlində saxlayır.

Kaliforniyanın Silikon Vadisinin mərkəzində yerləşən Stenford Universiteti dünyanın ən yaxşı təhsil verən və araşdırmalar aparan universitetlərindən biridir. 1891-ci ildə açılmasından bu yana 28 ədəd “Turing”, 60 ədəd “Nobel” və 7 ədəd “Fields” mükafatı qazanıb.

Sundar Piçai (“Google” SEO-su) və Marissa Mayer (“Yahoo” SEO-su) kimi texnologiya sahəsində uğurlu şəxslər yetişdirən universitet 700 binadan ibarət nəhəng bir kampusa sahibdir.

İngiliscə danışılan dünyadakı ən qədim universitet olan Oksfordun bənzəri yoxdur. Yazılı mənbələrdən anlamaq olar ki, Oksford əvvəllər vəqf kimi fəaliyyət göstərib. 1096-cı ildə isə təhsil mərkəzinə çevrildiyi düşünülür. Nobel mükafatlarına sahib Oksford Stiven Hokinq və Tim Berners Lee (WWW-nun yaradıcısı) kimi məşhurlara təhsil verib. Ümumi 38 kollecdən və daxilindəki 3 akademik bölmədən ibarətdir.

ABŞ-ın Massaçussets əyalətindəki Massaçussets Universiteti 1861-ci ildə qurulub. 85 ədəd “Nobel”, 19 ədəd “Turing” və 6 ədəd “Fields” mükafatına sahib olan bu qurum Buzz Aldrin (“Apollo 11”in kosmonavtı), Robert Noys (“INTEL” şirkətinin həmtəsisçisi) və Dryu Huston (“Dropbox”un qurucusu) kimi məşhur adları yetişdirib.

Kembric Universiteti dünyanın ən qədim universitetlərindən və akademik mərkəzlərindən biridir. Öz-özünü idarə edən akademik cəmiyyətə sahib olan universitetin sahib olduğu dəyərlər universitetin uzun tarixinin ilk illərinə qədər gedib çıxır. Kembric 1902-ci ildə qurulub. Ernest Rutherford və Niels Bohru yetişdirən qurum indiyə qədər 95 ədəd “Nobel” və 10 ədəd “Fields” mükafatını qazanıb. Mühəndislik və Texnologiya sahəsində ən yaxşı 5 universitetdən biridir.