Azedu.az

Nazirlik: Musiqi məktəbində tədrisin bərpası təmin ediləcək

18 May 2024, 17:13
Nazirlik: Musiqi məktəbində tədrisin bərpası təmin ediləcək

 

Ötən gün məhkəmə qətnaməsinin icrası ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində 150-dək şagirdin təhsil aldığı Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbində tədris prosesi pozulub və dərslər keçirilməyib.

 

AzEdu.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Nazirlik tərəfindən Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli Musiqi Məktəbində tədrisin qısa müddətdə bərpası ilə bağlı müvafiq işlər təmin ediləcək.

 

Onu da bildirək ki, sahibkarın israrlı tələbi ilə bu qərarın icrasına ən azı cari tədris ilinin sonunadək möhlət vaxtının verilməsi təhsil mühitinin pozulmaması baxımından daha ədalətli alternativ olardı.

 

Qeyd olunan məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox