Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-17 15:29:53
Təhsildə keyfiyyətinin artırılması çox önəmlidir - RƏY

17-18 may tarixlərində Bakıda Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Mərkəzi və Şərqi Avropa Ölkələrinin Keyfiyyət Təminatı Agentliklərinin Şəbəkəsi (CEENQA) Baş assambleya və illik görüşü keçirilir.

 

Assambleyada transmilli təhsilin keyfiyyət təminatı, keyfiyyət təminatında yeni yanaşmalar və ali təhsildə süni intellektin inkişaf edən rolu ilə bağlı müzakirələr də daxil olmaqla bir neçə mühüm müzakirələr keçirilib və iştirakçılar arasında fikir mübadiləsi aparılıb.

 

Mövzu İlə bağlı AzEdu.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov Ali Təhsildə Keyfiyyət Təminatı Agentliyinin və Şərqi Avropa Ölkələrinin Keyfiyyəti Təminatı Agentliklərinin Şəbəkəsi arasında görüşün keçirilməsini yüksək qiymətləndirib:

 

 Deputat Ceyhun Məmmədovun atası vəfat etdi

“Bu gün qarşımızda duran mühüm məsələlərdən biri təhsildə keyfiyyətin və məzmunun artırılmasıdır. Biz bu istiqamətdə səylərimizi gücləndirməliyik ki, daha da keyfiyyətli təhsil verə bilək. O mənada bu gün ali təhsil müəssisələrinin  qarşısında böyük bir vəzifə dayanır. Bu cür görüşlər çox önəmlidir. Həmin görüşlərin əsas hədəf və məqsədi də təhsilin məzmun və mahiyyət keyfiyyətinin artırılmasıdır.

 

Görüşün nəticəsinin davamı olaraq da Azərbaycan təhsili ilə bağlı araşdırmalar aparılmalı və bu görüşdən çıxan nəticələr təhsil sisteminin inkişafına xidmət etməli və təhsildə də özünü göstərməlidir. Müzakirələrin ardınca da problemlərin araşdırılması, müəyyənləşdirilməsi və konkret addımların atılması xüsusi önəm və əhəmiyyət daşıyır. Belə  məqamlara həssaslıqla yanaşmalıyıq və çalışmalıyıq ki, təhsilin məzmun və keyfiyyəti daha da artsın. Çünki biz beynəlxalq təhsil müəssisələri ilə rəqabət aparmaq istəyiriksə, o zaman bu məsələ  prioritet vəzifə kimi qarşımızda durur”.

 

Təhsil eksperti Elçin Əfəndi AzEdu.az-a açıqlmasında qeyd edib ki, təəssüflər olsun ki, uzun illərdir təhsildə keyfiyyət eyni zamanda akkreditasiyaların aparılması ilə bağlı problemlər mövcuddur:

 

 

“Şərqi Avropa Ölkələrinin Keyfiyyət Təminatı Agentliklərinin Şəbəkəsi ilə görüşdə məhz həmin ölkələrin müəyyən bilik və bacarıqlarının öyrənilməsi və bizim təhsil müəssisələrində tətbiq olunması, ali təhsil adına mühüm töhfə vermiş ola bilər. Bu gün Azərbaycanda 50-dən çox ali təhsil müəssisəsi fəaliyyət göstərir və həmin təhsil müəssisəslərində Ali Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən  araşdırma aparılır. Tədrisin keyfiyyətinin hansı səviyyədə olduğu, təhsil infrastrukturu, ümumi tədris planı, tələbələrin orada keçirdiyi vaxtlar, laboratoriya şəraitinin olması, universitetinin kitabxanasının  olması bu kimi amillər yoxlanılır. Əksər universitetlərin yataqxanası belə yoxdur. O cümlədən tədris proqramlarında müəyyən çətinliklər var. Tələbə yerləşdirilməsi ilə bağlı ciddi sıxıntı var. Şərqi Avropa Ölkələrinin universitetlərindən  müəyyən təcrübələri götürüb növbəti dəfə agentliyin yoxlanılması zamanı hansısa meyarlar üzrə tətbiq edə bilərlər”.