Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-02 08:48:28
Ukraynada rus dilini öyrədən cəmi üç məktəb qalıb

Ukraynada yalnız üç məktəbdə rus dili ayrıca fənn kimi tədris olunur.

 

AzEdu.az xəbər verir ki, bu statistikanı Ukraynanın Dil üzrə Müvəkkili Taras Kremin rəsmi saytında dərc edib.

 

“2022-ci ildə əvvəlki illə müqayisədə ümumi təhsil müəssisələrində rus dilini öyrənən şagirdlərin sayı 100 dəfədən çox azalaraq 2021-ci ilin sentyabrında 454,8 min nəfərdən 2022-ci il sentyabrın 1-nə təxminən 4 min nəfərə düşüb. 2023/2024-cü illərdə, rus dilini ayrıca fənn kimi öyrənən məktəblilərin sayı daha 5 dəfə azalaraq min min nəfərdən az olub”, - hesabatda deyilir.

 

Verilən statistik məlumatlara görə, rus dilinin tədris olunduğu məktəblərin sayı 3, siniflərin sayı 45, şagirdlərin ümumi sayı 768 nəfərdir.