Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-30 09:46:00
Nazir müavini Füzulidə təhsil müəssisələrində olub  

 

Martın 29-da elm və təhsil nazirinin müavini İdris İsayev Füzuli rayonuna səfəri çərçivəsində Böyük Bəhmənli kənd 1 nömrəli tam orta məktəbdə olub. 

 

AzEdu.az xəbər verir ki, barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. 


Bildirilib ki, məktəbdəki mövcud şərait, eləcə də peşə təmayüllü siniflərin fəaliyyəti ilə tanış olan İdris İsayev pedaqoji kollektiv və şagirdlərlə görüşərək fikir mübadiləsi aparıb.

 

Nazir müavini Füzuli rayonu Əhmədbəyli kənd körpələr evi – uşaq bağçasının yeni bərpa olunmuş binasına baxış keçirib, kollektivlə görüşüb. 


Səfərin sonunda İdris İsayev  Füzuli rayonu Așağı Alıxanlı kənd tam orta məktəbinin tikilməkdə olan yeni binasının tamamlanma işləri ilə də tanış olub.