https://www.zirve.edu.az/
21.03.2018 07:05
Peruda keçirilən Novruz bayramında azərbaycanlı tələbələr iştirak edib

Azərbaycannın Perudakı diplomatik nümayəndəliyində Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

AzEDU xəbər verir ki, diplomatik nümayəndəlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Peru XİN-in və Kongresinin nümayədnələri, Peruda akkreditə edilmiş diplomatik nümayəndəliklərin təmsilçiləri, həmçinin Peruda yaşayan həmvətənlərimiz və azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan nümayəndəliyin rəhbəri Mehdi Məmmədov iştirakçılara Novruz bayramının çoxəsrlik tarixi barədə ətraflı məlumat verib, bu bayramın Azərbaycan və dünya xalqlarının zəngin mədəni və tarixi irsi olduğunu diqqətə çatdırıb, ölkəmizin Novruz bayram ənənələrindən bəhs edib.

Bayram şənliyində qonaqlara Novruz bayramının rəmzlərindən hesab edilən Azərbaycanın milli mətbəxinə məxsus müxtəlif təamlar və şirniyyatlar təqdim edilib, Novruz Bayramı barəsində videolar nümayiş etdirilib, milli musiqiləri səsləndirilib.