Azedu.az

Tanınmış alimi əşyaları ilə birlikdə küçəyə atdılar

29 Mart 2024, 16:10
Tanınmış alimi əşyaları ilə birlikdə küçəyə atdılar

Tanınmış ilahiyyatçı-alim, fəlsəfə doktoru, Ankara Universitetində 17 il müəllim işləmiş 29 kitab müəllifi, "Quran"ın rusca və azərbaycanca tərcüməçisi  Fazil İsmayılov kirayə qaldığı evdən çıxarılıb. 

 

AzEdu.az xəbər verir ki, bu barədə Yenisabah.az-a Fazil İsmayılovun qonşuları bildiriblər. Qonşuların sözünə görə, tanınmış alim kirayə pulunu ödəyə bilmədiyi üçün evdən çıxarılıb. O, dünən əşyaları və əlyazmaları ilə birlikdə küçədə gecələyib.

 

Alimin 5 mindən artıq kitabının olduğu bildirilir.

 

Fazil İsmayılovun özü haqqında yayılan xəbərləri təsdiqləyib. Alim üzləşdiyi durumu "faciə" adlandıraraq, bu barədə ətraflı danışmaq istəməyib.

 

Fazil İsmayılovun kömək üçün Yasamal rayon İcra Hakimiyyətinə müraciət etdiyi bildirilir. 

Azərbaycanlılar ayağa qalxdı - Urmiyada baş verənlərə Bakıdan reaksiya
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox