Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-11 13:31:39
Məktəblilər arasında bıçaqlanma olub

Cəlilabadda bıçaqlanma hadisəsi baş verib.

 

AzEdu.az xəbər verir ki, hadisə şəhərin Məhəmməd Hadi küçəsində qeydə alınıb. Şəhərin 4 saylı orta məktəbində təhsil alan 2008-ci il təvəllüdlü H.B, onunla paralel oxuyan 2009-cu il təvəllüdlü yeniyetmə tərəfindən bıçaqlanıb. Bel və qarın nahiyəsindən iki bıçaq zərbəsi alan H.B təcili Cəlilabad rayon mərkəzi xəstəxanasına çatdırılıb.

 

Hadisəni törətməkdə şübhəli bilinən 2009-cu il təvəllüdlü yeniyetmə saxlanılıb. İlkin məlumata görə, hadisəyə səbəb yeniyetmələr arasında baş verən münaqişə olub.

 

Faktla bağlı araşdırma aparılır.