Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-08 15:04:37
Elm və təhsil naziri üçüncü “Yüksəliş”in qalibləri ilə görüşüb

Elm və təhsil naziri Emin Əmrullayev üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri İlahə Baxışova Tahirli və Rəsul Həşimovla görüşüb. 

 

Bu barədə Elm və Təhsil Nazirliyindən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, mentorluq proqramı çərçivəsində keçirilən görüş zamanı nazir qalibləri təbrik edib və mentor olaraq birillik fərdi inkişaf planı əsasında onlarla təcrübəsini bölüşəcəyini, həmçinin potensiallarını üzə çıxarmağa dəstək olacağını bildirib.

 

Görüşdə Emin Əmrullayev qalibləri Elm və Təhsil Nazirliyinin fəaliyyəti, gələcək inkişaf hədəfləri barədə məlumatlandırıb. Nazir son illərdə aparılan təhsil islahatları və bu sahədə inkişafa dəstək olacaq işlər barədə qaliblərin fikirlərini dinləyib. 

 

Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri isə öz növbələrində təşəkkür edərək mentorluq proqramı çərçivəsində Emin Əmrullayevin şəxsi təcrübəsindən faydalanmaqdan məmnunluqlarını bildiriblər.