Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-05 09:20:00
Suraxanıda gənc qızı avtomobil vurub

Bakının Suraxanı rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

AzEdu.az Report-a istinadən xəbər verir ki, hadisə Günəşli qəsəbəsində qeydə alınıb.


Belə ki, avtomobil yolu keçən 2006-cı il təvəllüdlü Süleymanova Fatimə Zamiq qızını vurub.

 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.