Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-06 17:00:44
Sabah intensiv yağış yağacaq, külək güclənəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında dekabrın 7-də arabir yağış yağacağı gözlənilir, yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.

 

Milli Hidrometeorologiya Xidmətindən AzEdu.az-a verilən məlumata görə, Azərbaycanın rayonlarında dekabrın 7-si axşamadək qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

 

Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.

 

Qərb küləyi bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.