![](https://azedu.az/uploads/news/2023/12/azedu.az_1701499248338259427_1200x630_973.jpg)
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) uşaq və yeniyetmələr üçün beynəlxalq ədəbiyyat müsabiqəsi elan edib.
AzEdu.az təşkilatın mətbuat xidmətinə istinadla xəbər verir ki, müsabiqənin şərtlərinə görə, həvəskar azyaşlı yazıçılar internet vasitəsilə məktəb zorakılığı ilə bağlı qrafik hekayələrin mətnlərini ICESCO-nun baş ofisinə təqdim edəcəklər. Multidissiplinar ekspertlərdən ibarət münsiflər heyəti iştirakçıların hekayələrini qiymətləndirəcək və müvafiq qrafikləri hazırladıqdan sonra dərc olunacaq xüsusi buraxılış üçün onların ən yaxşılarını seçəcək.
Ədəbiyyat müsabiqəsi üzv ölkələrdə məktəblilər arasında maarifləndirməni artırmaq və müəllimlərə məktəb zorakılığı ilə bağlı müşahidələrinə əsaslanaraq uşaqları daha yaxşı anlamaqda və dəstəkləməkdə kömək etmək, eyni zamanda, təhsil müəssisələrində neqativ halların qarşısının alınması mexanizmlərini gücləndirmək məqsədi daşıyır.
Müsabiqədə İştirak etmək istəyən şəxslər 30 dekabr 2023-cü il tarixindən gec olmayaraq ingilis, ərəb və ya fransız dillərində öz hekayələrinin mətnlərini [email protected] elektron poçtu vasitəsi ilə təqdim etməlidir. Bundan başqa, hekayənin ssenarisi orijinal olmalı, heç vaxt başqa yerdə dərc edilməməli, həmçinin digər tərəflər tərəfindən təqdim edilmək və ya dərc edilmək üçün eyni vaxtda nəzərdən keçirilməməlidir.
Münsiflər heyəti tərəfindən aparılan qiymətləndirmədən sonra ICESCO qalib hekayənin müəllifi ilə əlaqə saxlayaraq müvafiq mətn qrafikasını hazırlamaq və xüsusi buraxılışda dərc etmək üçün müəllif hüququ müqaviləsi imzalayacaq.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)