"Alimlərimizin statusu olduqca vacib məsələdir".
AzEdu.az xəbər verir ki, bunu AMEA-nın noyabrın 29-da keçirilən Ümumi yığıncağında elm və təhsil naziri Emin Əmrullayev söyləyib.
O bildirib ki, elmi fəaliyyəti ölçə bilən mexanizm qurulmalıdır. Son dövrlər kifayət qədər struktur islahatları həyata keçirilib. Elmdə kəşflər və ixtiralar önəmlidir.