Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-19 10:57:42
Britaniyalı müəllim 1 milyon dollar qazandı

Böyük Britaniyadan olan müəllim Andriya Zafiraku Beynəlxalq Müəllim Mükafatına (Global Teacher Prize) layiq görülüb.

AzEDU.az muallim.edu.az-a istinadən xəbər verir ki, müəllimlər üçün “Nobel mükafatı” A.Zafirakuya Dubayda keçirilən təntənəli mərasimdə təqdim olunub.

“Varkey Foundation” tərəfindən təsis olunmuş mükafatın məbləği 1 milyon ABŞ dollarıdır. Bu Fondun əsas məqsədi kasıb ailələrdən olan uşaqların təhsil almasına kömək göstərməkdir. Mənşəcə yunan olan 39 yaşlı britaniyalı müəllim ingilis dilində pis danışan emiqrant ailələrin uşaqlarına dərs keçir. Müəllim yetirmələrini 35 dildə (qucarat, hindi, Somali, ərəb, rumın, Polşa, urdu və s.) salamlayır. “Onların hər biri mənim uşaqlarımdır”, – deyən müəllim paytaxt Londonun ucqar Brentin rayonundakı Alperton icma məktəbində incəsənət müəllimi işləyir. Andriya müxtəlif ölkələrdən olan 30.000 müəllimlə rəqabət aparıb.

Milyonçu müəllimi Dübay əmiri Şeyx Məhəmməd bin Rəşid əl-Muktum və Böyük Britaniyanın baş naziri Tereza Mey də təbrik ediblər.