https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-21 16:42:55
Kimyaçı alimlərin kitabı İngiltərədə nəşr olunub

Elm və Təhsil Nazirliyi akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) əməkdaşları akademik Vaqif Abbasov, professor Çingiz Rəsulov, elmi işçi Aybəniz Əsgərova və dosent Səhrab İsmayılovun həmmüəllifi olduqları “Tsiklik və qeyri-tsiklik üzvi birləşmələr” kitabı İngiltərənin “Cambridge Scholars Publishing” nəşriyyatı tərəfindən çap olunub.

 

Bu barədə AzEdu.az-a NKPİ-dən məlumat verilib. Bildirilib ki, kitabda tsiklik və qeyri-tsiklik üzvi birləşmələrin əsas sinifləri, onların quruluşu, xassələri və sintezindən bəhs edilir. Nəzəri anlayışlar, stereokimya, kinetika və termodinamika məsələləri, sintez və analizin ən mühüm müasir üsulları haqqında məlumatlar kitabda müzakirə olunan materialla sıx əlaqədə təqdim olunur.

 

Dərslik ali məktəblərin kimya fakültələrinin bakalavr və magistr pillələrində təhsil alan tələbələr üçün nəzərdə tutulub.