Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-01 11:50:00
Nazir: Azərbaycanın ali məktəblərində son 10 ilə nisbətən xeyli inkişaf var

“Azərbaycanın ali təhsil müəssisələri son 10 ildə müsbət yöndə xeyli inkişaf edib”

 

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsilin İnkişafı Forumunda "İnnovasiya ekosisteminin yaradılması" panelində çıxışı zamanı deyib.

 

“Azərbaycanın ali məktəbləri istər tədqiqatlar, istər fundamental , istərsədə də tətbiqi tədqiqatlar sahəsində  əvvəlki 10 illə müqayisədə daha yaxşı yerdədir. Ölkəmizin ali təhsil ocaqlarında müsbət mənada olduqca yaxşı tendensiya mövcuddur. Bu fakt olaraq data və rəqəmlərdə də özünü göstərir".

 

Ümumilikdə, ali təhsil müəssisələrinin səriştəliliyi qalxıb, nəyin ki, aşağı düşüb. Bəs bu müsbət hal biz istədiyimizdən çox, ya azmı artmalı idi? Bu ayrı sualdır. Çünki biz arzularla yox, reallıqlarla yaşamağı öyrənməliyik. Yaxşı xəbər odur ki, bu bərabərsürətli hərəkət deyil, bərabərtəcilli hərəkətdir. Yəni, növbəti mərhələlərdəki sürət, əvvəlkindən daha çox olmalıdır və olacaqda” - deyə nazir əlavə edib.