Azedu.az

Bu universitetin 80 məzunu təhsillərini xaricdə davam etdirir

25 Sentyabr 2023, 17:19
Bu universitetin 80 məzunu təhsillərini xaricdə davam etdirir

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) ötən tədris ili məzunlarından 80 nəfəri xarici ölkələrdə təhsillərini davam etdirir (bu rəqəm ötən il 52 nəfər idi).

 

ADPU-dan AzEdu.az-a bildirilib ki, onlardan 7-si bakalavr, 66-sı magistratura, 2-si fəlsəfə doktorluğu, 5 nəfəri isə digər proqramlara qəbul olunub.

 

Məzunlardan 45-i Türkiyə, 22-si Avropa, 7-si ABŞ, 3-ü Rusiya və 3-ü Cənubi Koreya ali təhsil müəssisələrində təhsil alır.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox