Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-15 12:09:00
“Bilik günü” məktəblərdə: gülən kim, ağlayan kim... – Təsirli fotolar

Azərbaycanın bütün ümumtəhsil, orta ixtisas və ali təhsil məktəblərində yeni tədris ili başlayıb.

 

 

2023/2024-cü tədris ilində orta məktəblərdə 1 milyon 612 min 294 şagird parta arxasında əyləşib.

 

I sinifə qədəm qoyan birincilərin sevincinə, həyəcanına, ilk gün qorxusuna, təəccübünə, kədərinə şahid olmaq əvəzedilməzdir. Rəngbərəng gül buketləri əllərində tutan ən azı o güllər qədər saf və təmiz uşaqların keçirdikləri ilk “Bilik günü” idi.

 

Doğmaları ilə şəkillər çəkdirən kim, anasının qucağına sığınıb ağlayan kim, gülüşü simasına sığmayan kim və daha necə maraqlı kadrlar...

 

AzEdu.az 132-134 nömrəli Təhsil kompleksinin “Bilik günü”dən hazırladığı reportajı təqdim edir:

 

 

İlk növbədə 132-134 nömrəli Təhsil Kompleksinin direktoru, Azərbaycan Respublikasının Əməkdar Müəllimi Sara Xanlarova çıxış edərək, "Bilik günü" münasibəti ilə şagirdləri və valideynlərini təbrik edib, yeni dərs ilində onlara uğurlar arzulayıb. 

 Açıklama yok.

 

Tədbirin davamında nəvəsi I sinifə gedən şəhid analarına söz verildi.

 

 No description available.

 

Daha sonra tədbirdə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

 

Məktəbə ilk qədəm qoyan birincilərin özləri qədər, valideynləri də həyəcanlı idi. Təəssüratlarını öyrənmək onlara yaxınlaşdıq.

 

Övladını  I sinifə yola salan valideynlərdən biri də Göyçə Dəmirovadır: 

 

 No description available.

 

"Çox sevincliyik. Məktəb olaraq da ilk dərs gününə çox gözəl hazırlaşıblar. Hər birinə uğurlar diləyirik".

 

 

Təəssüratlarını bölüşən valideynlərdən biri olan Şabanov Emin də I sinifə məhz bu məktəbdə qədəm qoyubmuş:

 

No description available.

 

“Öz I sinif xatirələrim yada düşdü. Mən də bu məktəbdə oxumuşam. Bu səbəbdən bizim üçün çox əlamətdardır. Çox sevinirik. Ümidlərimiz böyükdür. İnşəAllah hər şey yaxşı olar".

 

Məktəbdə müəllim olaraq çalışan Dilşad Cavadova da nəvəsinin ilk “Bilik günü”də onu tək qoymayıb.

 

No description available.

 

“Nəvəm Leyla rus bölməsində I sinifə qədəm qoyur. Sevincimizin həddi-hüdudu yoxdur. İnşəAllah bütün nənələrə bu sevinc qismət olar".

 

Qeyd edək ki, 132-134 nömrəli məktəbdə övladını I sinifə yol salan şəxslərdən biri də "Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri, Azərbaycanın əməkdar artisti Tahir İmanov idi.

 

No description available.

Fotolar: Tünzalə Abbasova,  Aysun Əsgərova