Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-01 08:55:40
ADNSU-nun bakalavr pilləsinə rekord sayda tələbə qəbul olunub

Avqustun 30-da Dövlət İmtahan Mərkəzi (DİM) 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə yerləşdirməsinin nəticələrini elan edib.

 

AzEdu.az xəbər verir ki, nəticələrə əsasən, bu il Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) qəbul planı ilk mərhələdə 94,45% yerinə yetirilib.

 


2023/2024-cü tədris ilində I ixtisas qrupu üzrə ADNSU üçün ayrılmış 3605 yerdən 3405 yerə tələbə qəbul olunub.

 


Qeyd edək ki, ADNSU-da 3 dildə (Azərbaycan, ingilis və rus) 30 ixtisas üzrə bakalavr səviyyəsində tədris aparılır. Bunlardan 18 ixtisas Beynəlxalq akkreditasiyadan keçib.

 

Xatırladaq ki, ötən tədris ilində ADNSU-nun bakalavr təhsil pilləsinə 3372 tələbə qəbul olunmuşdu.