Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-20 21:46:30
MİQ-də vakansiya seçiminin vaxtı AÇIQLANDI

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə start verilir.

Bu barədə AzEdu.az-a Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, vakant yer seçmək imkanı əvvəlcə MİQ-də minimum tələbi ödəyən - keçid balını (40) toplayan şəhid ailəsi üzvləri olan namizədlərə verilir. Belə ki, şəhid ailəsinin üzvləri olan namizədlər 22 iyul saat 11:00-dan 25 saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq seçim edə bilərlər.


Vakansiya seçiminə buraxılan namizədlər 8 vakant yer seçə bilərlər. 

Namizədlər vakansiya seçimi zamanı diqqətli olmalı, seçimi yekunlaşdırdıqdan sonra təsdiqləməlidirlər.


“Nəzərinizə çatdırırıq ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarına dair apellyasiya müraciətlərinin təhlili başa çatmışdır. Tarix, biologiya, texnologiya və təsviri incəsənət fənləri üzrə aparılmış təhlillərə əsasən, imtahan nəticələri yenidən hesablanmışdır. Namizədlərin imtahan nəticələri şəxsi səhifələrinə göndərilmişdir”, -deyə Təhsil İnstitunu nəzdində İnsan Resursları Mərkəzindən bildirilib.

Xatırladaq ki, builki MİQ müsabiqəsinə Azərbaycan və rus bölməsi üzrə ümumilikdə 10 minədək vakant yer çıxarılıb. MİQ imtahanlarında iştirak edən namiəzdlərin sayı isə 60 minə yaxın olub.

No description available.

A.Qorxmaz