Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-20 16:53:00
Vətən müharibəsi qazisi ABŞ universitetinə qəbul olunub

Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na 2023-2024-cü tədris ili üçün seçilənlərin adları müəyyən olunub.

 

AzEdu.az xəbər verir ki, müsabiqənin ilkin nəticələrinə əsasən, ümumilikdə 134 namizəd müvafiq seçim qaydalarına dair meyarlara uyğun olaraq Dövlət Proqramına qəbul olunub və proqram iştirakçısı adını qazanıb.

 

Elm və Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov bildirib ki, ilkin siyahı üzrə qəbul olunan 134 nəfər gənc arasında Vətən müharibəsinin qazisi Cavid Əliyev də var. O, Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində döyüşüb.

 

Cavid Əliyev ABŞ-ın Minnesota Universitetinin təchizat zəncirinin idarəolunması (Supply Chain Management) ixtisasına magistratura səviyyəsinə qəbul olunub. O, həm də 2007-2015-ci illər Dövlət Proqramı çərçivəsində Koreyanın KAİST universitetində elekrtik mühəndisliyi (Electrical Engineering) və texnologiya menecmenti (Technology Management) ixtisasları üzrə iki magistratura bitirib.