Azedu.az

UNEC-i təmsil edəcək komanda müəyyənləşib

17 Mart 2018, 13:48
UNEC-i təmsil edəcək komanda müəyyənləşib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunan bilik yarışı keçirilib.

AzEdu.az AZƏRTAC-a istinadən bildirir ki, “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda keçirilən viktorinada universitetin tələbələri biliklərini sınayıblar. Gərgin keçən yarışda Beynəlxalq İqtisadiyyat Məktəbinin komandası qalib gəlib. Bununla da Ümummilli liderin 95 illik yubileyinə həsr olunan ümumrespublika yarışında UNEC-i təmsil edəcək komanda müəyyənləşib. İkinci, üçüncü yerləri isə biznes və menecment fakültəsinin və Rus İqtisad Məktəbinin komandaları bölüşüb.

Xameneiyə ŞOK XƏBƏRDARLIQ - Hazır ol, ö*ldürüləcəksən!
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox