Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-09 16:49:51
Milli Kulinariya Mərkəzinin baş direktoru istefa verdi

Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzinin baş direktoru Orxan Fikrətoğlu (Sadıqov) vəzifəsindən azad edilib.

AzEdu.az xəbər verir ki, Agentliyin məlumatına görə, O.Fikrətoğlu öz ərizəsi ilə işdən ayrılıb.

Onun yerinə hələ ki təyinat olmayıb.

Digər məlumata görə, O.Fikrətoğlu bir müddət öncə mədəniyyət naziri Adil Kərimlinin müşaviri vəzifəsinə təyinat alıb.

Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu yazıçı, ssenarist, rejissor, jurnalist kimi tanınıb.

O, Milli Kulinariya Mərkəzinin rəhbərliyinə 2022-ci ilin mayında gətirlmişdi.