Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-07 09:41:00
Telefon qadağası məktəb nizamnaməsinə daxil edilib

Rusiya Dövlət Dumasının deputatı Yana Lantratova uşaqlara mobil telefondan istifadəni qadağan edən Satka şəhərindəki (Çelyabinsk vilayəti) 4 nömrəli məktəbə səfərindən danışıb. 

AzEdu.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, deputatın sözlərinə görə, telefondan istifadənin qadağan olunması məktəbin nizamnaməsinə daxil edilib.

“Məktəb direktoru əmindir ki, telefonlar uşaqların diqqətini dərslərdən yayındırır. Və mən onunla tamamilə razıyam... Məktəblilər fasilələrdə telefonlarında fəal şəkildə oyun oynayır və zəngdən sonra psixoloji olaraq oyunu “tərk etməyə”, dərsə köklənməyə vaxtları olmur. Bu da tədris prosesinə mənfi təsir göstərir və tədris materialının mənimsənilməsinin qarşısını alır", - deyə Lantratova bildirib.

Deputat bir müddət əvvəl məktəblərdə mobil telefonlara dövlət səviyyəsində qadağa qoyulmasını təklif etmişdi.

İndi onların sinifdə istifadəsi "Rospotrebnadzor"un əmri ilə məhdudlaşır, buna baxmayaraq, uşaqlar fasilələr zamanı telefonlardan istifadə edə bilərlər.