Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-05 13:03:20
Nazirlik 4-cü siniflər üzrə monitorinqin səbəblərini AÇIQLAYIB

Bu il 150 minə yaxın 4-cü sinif şagird qiymətləndirilmə monitorinqinə cəlb olunacaq.


AzEdu.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev bildirib.


Onun sözlərinə görə, məzmun və keyfiyyət islahatlarına ibtidai siniflərdən başlanılıb və proses iki istiqamətdə gedir: oxuyub-anlama və riyazi biliklər:


"Məsələn, sertifikasiya imtahanlarında ilk olaraq ibtidai sinif müəllimlərinin biliyi yoxlanılır. Bundan başqa, keçən ildən etibarən 4-cü sinif şagirdlərinin biliyinin qiymətləndirilməsinə başlanılıb və sonrakı illərdə də davam edəcək. Bizim yoxlamaq istədiyimiz odur ki, şagirdlər 5-ci sinfə nə qədər hazırdırlar...".


E.Əliyev bildirib ki, məktəblərdə əsasən oxuma sürətinə fikir verirdilər: "Bu da müsbət haldır, amma əsas məsələ oxuduqlarını anlamalarıdır. Oxuyub-anlama məktəbliyə verilməli olan ən vacib bacarıqdır. İyunun 10-da ölkə üzrə 4-cü sinif şagirdlərinin monitorinq qiymətləndirilməsi yenidən baş tutacaq. Bu il 150 minə yaxın 4-cü sinif şagirdə bu monitorinqə cəlb olunacaq. Növbəti mərhələdə şagirdlərin biliyinin qiymətləndirilməsinə dinləyib-anlama bacarığı da əlavə olunacaq".


Gələcəkdə şagirdlərin dinləyib-anlama qabiliyyətləri üzrə də monitorinqin aparılması planlaşdırılır.