Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-25 17:08:00
Subbakalavrlar qabiliyyət imtahanına qeydiyyatdan keçərkən nəyə diqqət etməlidir...

17 may tarixindən etibarən V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlərin və subbakalavrların elektron qeydiyyatı başlanıb. Ancaq subbakalavrların qeydiyyat mərhələsi digərlərindən cüzi fərqlənir.

 

“İlk növbədə subbakalavrın elektron cədvəlini doldururlar”.

 

AzEdu.az xəbər verir ki, bunu DİM-in Xüsusi imtahanların təşkili və idarə edilməsi sektorunun müdiri Elmir Məmişov deyib.

 

“Subbakalavrlar xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan keçmək istəyirlərsə, öncə may ayının 30-na kimi ali təhsil müəssisələrinə elektron qeydiyyat sistemindən keçməlidirlər”.

 

Abituriyentlər (subbakalavrlar) ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının yalnız 1 istiqaməti üzrə ən çox 4 komissiya üzrə qeydiyyatdan keçə bilərlər. Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə imtahanlarda iştirak etmək istəyən abituriyentlər isə 1 istiqamətə aid ən çox 6 komissiya üzrə qeydiyyatdan keçə bilərlər.