Azedu.az

Pirşağıda dənizdə batan qadın müəllim imiş - FOTO

Hadisə

30 İyun 2026, 00:32
Pirşağıda dənizdə batan qadın müəllim imiş - FOTO

Bakının Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə batan qadın müəllim imiş.

AzEdu.az xəbər verir ki, dənizdə batan şəxs Zabrat qəsəbə sakini, 1984-cü il təvəllüdlü Raisə Şükür qızı Abbasovadır.

O, Kəlbəcər rayon 84 saylı tam orta məktəbdə tarix müəllimi kimi işləyib. Həmkarları bildirirlər ki, R.Abbasova pedaqoji fəaliyyəti dövründə yüksək nailiyyətləri ilə seçilib və onun şagirdləri ali məktəblərə qəbul imtahanlarında yüksək ballar toplayıblar.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

186039

Rusiyada soydaşlarımıza SİLAHLI BASQIN: Qandonduran GÖRÜNTÜLƏR
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox