Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-24 13:29:46
UNEC-in Vyetnamdan olan məzunu 36 il sonra universitetə GƏLDİ

UNEC-in Vyetnamdan olan 1987-ci il məzunu xanım Nquen Txi Xan universitetdə olub.

 

Bu barədə AzEdu.az-a universitetdən məlumat verilib. 

 

Rektor prof. Ədalət Muradovla görüşən xanım Nquen Txi Xan 36 ildən sonra yenidən UNEC-də olmaqdan böyük sevinc hissi keçirdiyini bildirib. Vyetnamlı məzun tələbəlik illəri haqqında xoş xatirələrini bölüşüb.

 

Rektor UNEC-in əcnəbi məzunundan Azərbaycanda keçirdiyi tələbəlik illəri haqqında xoş sözlər eşitməkdən qürur duyduğunu ifadə edib. UNEC-də Məzunlar Assosiasiyasının yaradıldığını və əcnəbi məzunların da həmin assosiasiyada təmsil olunacaqlarını diqqətə çatdırıb. Xanım Nquen Txi Xan Vyetnamda UNEC-in Məzunlar Assosiasiyasının yaradılmasına dəstək olacağını qeyd edib.

 

Görüş zamanı xanım Nquen Txi Xana UNEC-in arxivində saxlanılan qiymət vərəqəsi, fotosu və digər təhsil sənədləri təqdim edilib.

Vyetnamlı məzun bir zamanlar təhsil aldığı Maliyyə və mühasibatlıq fakültəsində və tələbəlik illərində yaşadığı yataqxanada da olub.