Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-16 16:48:00
110 min uşaq 1-ci sinif üçün qeydiyyatdan keçib

5 gün ərzində 110 mindən artıq şagird birinci sinifə qəbul üçün qeydiyyatdan keçib.

AzEdu.az xəbər verir ki, bu haqda Emin Əmrullayev brifinqdə bildirib.

 

O bildirib ki, 110 nəfər şagirddən 11 mini rus bölməsi, 98561 nəfər isə azərbaycan bölməsi üzrədir.


Nazirin sözlərinə görə, Azərbaycan bölməsi üzrə 98561 sorğu verən uşaqdan 81503-ü məktəbəhazırlıqdan birinci sinfə yerləşdirilib.

Rus bölməsi üzrə 11433 nəfər müsahibəyə yazılıb. Onlar arasından 4590 uşaq məktəbəhazırlıqdan birinci sinfə yerləşdirilib.


Nazir məktəbə qəbul üçün yaradılan portalda heç bir mənfi halın yaşanmadığını da qeyd edib