Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-12 09:11:00
Stress müəllimlərə və dərs prosesinə necə təsir göstərir...

ABŞ-ın Pensilvaniya Dövlət Universitetinin tədqiqatçıları müəllimlərdə dərs prosesi zamanı yaranan  stressin  təsirlərini araşdırıblar.


AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırma zamanı məlum olub ki, stressə davamlılığı az olan müəllimlər təkcə öz sağlamlıqlarına deyil, həm də məktəb kollektivinə mənfi təsir göstərirlər:


- tez-tez öz hesablarına icazə götürür və bununla da vəzifələrinı həmkarlarına tapşırırlar;

- ani olaraq işdən getmək barədə qərara gəlir və dərslərin boş keçməsinə səbəb olurlar;

- çalışdığı kollektivdə yoldaşları ilə ilə tez-tez mübahisə edir və etik normaları pozurlar.

 

Stressə qarşı müqavimət nə qədər yüksək olarsa, insan problemləri həll etməyə və xoşagəlməz hallardan çıxış yolu tapmağa bir o qədər yaxşı hazırlaşır. Müəllimlərin vəziyyətində isə stressə qarşı şəxsi müqavimətin də şagirdlərin nəticələrinə təsir etdiyi sübut olunub .

Müşahidələr göstərib ki, müəllimlər güclü mənfi təcrübələrlə qarşılaşdıqda, bu, çox vaxt sinifdə akademik göstəricilərin və şagirdlərin sosial adaptasiya səviyyəsinin aşağı düşməsinə səbəb olur.