Yay tətili yaxınlaşır və müəllimləri düşündürən əsas məsələlərdən biri də həmin müddət ərzində öz istirahətini necə təşkil etməkdir. Necə etmək lazımdır ki, bir neçə aydan sonra yenidən sinfə dönən müəllim özünü yüksək əhval-ruhiyyədə hiss etsin, yeni dərs ilinə uğurla başlasın?
Azedu.az təhsil portalı bununla bağlı bəzi düşüncələri sizinlə bölüşmək istərdi.
Sağlamlığınızı möhkəmlədin
Müəllimlik peşəsinin heç də asan peşə olmadığı hamıya məlumdur. Müəllimlərin ayaq üstə qalmaq, kompüter arxasında oturub dəftərləri yoxlamağa vaxt sərf etmək, tez-tələsik və quru ərzaqla qidalanmaq, tez-tez səsini ucaltmaq zərurəti onlarda peşə xəstəlikləri “buket”inin yaranmasına gətirib çıxarır.
Tədris ili ərzində həkimə baş çəkmək üçün vaxt ayırmaq mümkün deyildisə, tətil bunun üçün əla fürsətdir. Müraciət edəcəyiniz təcrübəli mütəxəssislər yalnız mövcud xəstəliklərinizin öhdəsindən gəlməyə kömək etməyəcək, həm də peşə xəstəliklərinin qarşısının alınması üçün sizə yardım göstərəcəklər.
Tətilə başlayan kimi ilk növbədə həkim müayinəsindən keçməyə tələsin.
Daxili balansınızı bərpa edin
Müəllimlər üçün fiziki sağlamlıq qədər psixoloji sağlamlıq da vacibdir. İnsanlarla - uşaqlar, onların valideynləri və həmkarları ilə işləmək çoxlu emosional enerji tələb edir. Buna görə də tədris ilinin sonunda əksər müəllim peşəkar yorğunluğun kəskin əlamətlərini hiss edir.
Müraciət edə biləcəyiniz kifayət qədər psixoloji xidmətlər mövcud olduğundan bu sahədəki mütəxəssislərin qəbuluna düşməkdən çəkinməyin. Unutmayın ki, psixoloqlar da digər həkimlər kimi sizin sağlamlığınıza xidmət edirlər.
Ötən ili təhlil edin
Bəzi müəllimlər hələ tətilə çıxmazdan öncə özlərinə söz verirlər ki, tətil müddətində sinfi və dərs prosesini unudacaqlar. Amma bu mümkün deyil və əksinə, ötən ilki fəaliyyətinizin təhlili sizə müəyyən qədər yüngüllük gətirəcək.
Siz il boyu etdiyiniz hərəkətləri və sizə olan münasibətləri nəzərdən keçirəcək, buraxdığınız səhvləri daha aydın görəcəksiniz. Ona görə dönüb geriyə baxmaqdan çəkinməyin. Bu sizin üçün faydalıdır.
Öz üzərinizdə işləyin
Tətillər dərs ili ərzində əlinizə almadığınız və oxumaq arzusunda olduğunuz kitabları oxumaq üçün mükəmməl vaxtdır. Məsələn, müəllimlər üçün faydalı olan kitab siyahısından bir neçə kitab seçin. Bu kitablar sizi təhsil prosesindən uzaqlaşmağa qoymayacağı kimi, dünyagörüşünüzü də artıracaq.
kitabı