Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-06 11:54:00
5 mart tarixli buraxılış imtahanının nəticələri gələn həftə açıqlanacaq - RƏSMİ 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən 5- mart tarixindəki buraxılış imtahanının nəticələrinin gələn həftə ərzində elan olunması nəzərdə tutulur.

 

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib .

 

Bildirilib ki, hər bir şagird öz imtahan nəticəsi səhifəsinə daxil olub yazdıqları, həmçinin ətrafl yazılı cavab tələb edən tapşırıqlar üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola biləcək.

Valideynlərə, müəllimlərə və ekspertlərə bir daha tövsiyə edirik ki, imtahanda istifadə olunan test tapşırıqları, yoxlanılması zəruri olan standartlar, şagirdlərin nəticələri elan olunandan sonra isə onların yazı işləri ilə diqqətlə tanış olsunlar və bunlar geniş təhlil olunsun. Bu təhlillər şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsinə yön verməli və onların gələcək imtahanlara daha da yaxşı hazırlaşmaları üçün zəmin yaratmalıdır.